Biznes konsepsiya

Alians Development and Construction olaraq biznes modelimiz 4 əsas hissədən ibarətdir. ”Araşdırma”, ”Layihə”, “İnşaat”, “Satış”. Təyin etdiyimiz biznes modelimiz əhalinin arzuları üzərində qurulub. Biznes modelimizin hər bir mərhələsində arzularınız nəzərə alınır.


“Araşdırma” mərhələsi
Bu mərhələ başlanğıc mərhələ olduğu üçün növbəti mərhələlərə böyük təsiri var. Burada əhalinin mənzil almaq istədiyi məkan, qiymət, mənzil forması araşdırılır və təyin olunur. Sonra bu təyin olunan plan ”Layihə”, “İnşaat”, “Satış” kimi mərhələlərimizdə istifadə olunur.

“Layihə” mərhələsi
İlkin mərhələdə təyin olunan plana əsasən layihənin məkanı, layihənin planı seçilir. Bundan sonra sifariş olunur və “İnşaat” mərhələsinə hazırlıq başlanır.

“İnşaat” mərhələsi
Layihənin planını əldə etdikdən sonra binanın inşasına başlanılır. Tikintinin keyfiyyətli olması üçün daim nəzarət olunur və arzu olunan vaxta tamamlanması üçün lazımi işlər görülür. Qeyd edək ki, satış məhz bu mərhələdən başlayır.

“Satış” mərhələsi
İlk növbədə müştəri xidmətimiz təşkil olunur. Müştərilərə həm əyani, həm də qiyabi şəkildə məlumat verilir. Sonrakı mərhələ satışın təşkilidir.