KSTƏMM siyasəti

Keyfiyyət, Sağlamlıq&Təhlükəsizlik və Ətraf mühit siyasəti

Alians Development MMC, Azərbaycan bazarında Yaşayış  və  qeyri-yaşayış binalarının tikintisinin idarə  olunması üzrə  aparıcı təchizatçılardan biridir.
Bu siyasət yuxarıda göstərilən çərçivə daxilində Aliansın bütün fəaliyyət  və əməliyyatlarını əhatə  edir.Biz inanırıq ki, Aliansın uzunmüddətli biznes uğuru işçi heyətinin və  ətraf mühitin qorunmasında xidmətlərimizin keyfiyyətinin davamlı olaraq təkmilləşdirilməsi sahəsindəki  bacarığımıza əsaslanır.

İnsan sağlamlığının, iş təhlükəsizliyi, ətraf mühitin qorunması, keyfiyyətin təkmilləşdirilməsi və ictimaiyyətin razılığının təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.
Bu öhdəlik, alıcılarımızın, işçilərimizin və çalışıb yaşadığımız ictimaiyyətdəki şəxslərin əsas marağını təşkil edir. Məqsədimizə nail olmaq üçün, Şirkət öhdəlik daşıyır:

 - Öz vəzifələrini təhlükəsiz şəraitdə yerinə yetirmək üçün işçilərimizi zəruri bilik  və məlumatla təmin edəcək təhlükəsiz iş mühiti, iş şəraiti və avadanlıqları, təlimi hazırlamaq və  təmin etmək.
 - Xidmətlərimizi,  ətraf mühiti qoruyaraq, çirklənmənin qarşısını alaraq və mümkün olduqca müştərilərimizə də eyni qaydada yardım edərək yerinə yetirilməsini  təmin etmək.
 - Xidmətlərin təchiz edilməsi prosesinin bütün səviyyələrində sübut olunmuş keyfiyyət təhlükəsizliyinin tətbiq olunması vasitəsilə  ilk dəfə  və  hər dəfə müştərilərimizin gözləntilərini qarşılamaq və onu keçmək.

Öhdəliklərimiz:
 - Nəzarətimiz altında çalışan işçilərin sağlamlıq və  təhlükəsizliyini qorumaq.
 - Zədə  və xəstəlik-sağlamlığın müdafiəsi.
 - Xidmətlərimizin və xidmət təchizatı metodlarının keyfiyyətinin təkmilləşdirilməsini davam etdirmək.
 - Hüquqi, qanuni və digər tələblərin qarşılanması.

Keyfiyyət, Sağlamlıq & Təhlükəsizlik və Ətraf mühit siyasəti və onun yenilənməsi Şirkətin bütün mərhələlərində inkişaf etdiriləcəkdir və ona nail olunması bütün işçilərimizin fəaliyyətinə dəstək olaraq rəhbərliyimizin məsuliyyətidir.