Xidmətlər

TARIX VƏ STRUKTUR
 
Şirkətin fəaliyyətinin istiqaməti yalnız tikinti layihələri ilə məhdudlaşmır, şirkət eyni
 
zamanda konsaltinq və daşınmaz əmlak bazarını inkişaf etdirir və müştərilər üçün yüksək
 
səviyyəli xidmətlər göstərir.
 
Tərtibatçı şirkət olaraq Alians yaşayış və kommersiya əmlakları sahəsində tam xidmətlər
 
kompleksini təklif edir.
 
LAYİHƏNİN İDARƏ EDİLMƏSİ
 
İnşaat və daşınmaz əmlak sahəsində layihənin peşəkar idarəetməsi ALIANS Development şirkətinin
 
fəaliyyət istiqamətlərindən biridir.
 
Bizim təcrübəli menecerlər komandası layihənin uğurla həyata keçirilməsinə zəmanət verir:
 
  • Sifarişçinin göstərdiyi müddətdə
  • Lazımi keyfiyyətdə
  • Müəyyən edilmiş büdcə və məhdud insan resursları ilə
  • Sifarişçinin zəruri tələblərinə əməl etməklə.
 
Layihənin idarəsində təqdim etdiyimiz xidmətlər 2 əsas mərhələ üzrə həyata keçirilir:
 
Tikintidən əvvəlki müddət / Layihə dizaynının hazırlanması fazası:
 
  • Layihə və texniki sənədlərin tərtib edilməsi
  • Rabitənin yaradılması və idarə edilməsi
  • Büdcələşdirmə
  • Biznes qrafikin tərtib edilməsi
  • Yer seçimində iştirak
  • Bina tikən / memar / mühəndis seçimində dəstək
  • İşçi heyətinin seçilməsində məsləhətləşmə
  • Subpodratçıların seçimi və nəzarətində iştirak
  • Smetanın tərtib edilməsi və dəyərin təhlili
  • Konstruktivliyin və rentabelliyin icmalı
  • Logistika və tikinti prosedurlarının qiymətləndirilməsi
  • Layihənin həyata keçirilməsi və müqavilənin şərtlərinin hazırlanmasında məsləhətləşmə
 
 
Tikinti mərhələsi:
 
  • Cədvələ riayət olunmasının monitorinqi
  • Xərclərin yoxlanmasına nəzarət
  • Tikinti yerində layihənin idarə edilməsi
  • Sənəd-nəzarət
  • İş prosesinin müzakirəsinə dair görüşlərin keçirilməsi
  • Müqavilələrin tərtib edilməsinə və bağlanmasına nəzarət
  • Müntəzəm təflis və keyfiyyət zəmanətinin izlənməsi
  • İşlərin proqressivliyi və maliyyə vəziyyətinə dair hesabat
  • İnventarlaşdırma və resurslardan istifadəyə nəzarət
  • Layihədəki dəyişikliklərə nəzarət
  • Problemlərin yaranmasının qarşısının alınması və münaqişələrin uğurlu həlli
  • Layihənin istismara verilməsi prosesinin idarə edilməsi

 

MARKETİNG

Tam hüquqlu tərtibatçı şirkət kimi, tikinti və daşınmaz əmlak sahəsində də marketinq xidmətləri təklif edirik. Layihələrin peşəkar marketinq idarəetməsi nəinki gəlirləri artıra bilər, hətta riski minimuma endirə və rəqabət qabiliyyətini yüksəldə bilər.

Marketinq xidmətləri kompleksi:

  • Bazarın marketinq araşdırması
  • İstehlakçı üstünlüklərinin, qiymətlərin və layihə portfelinin monitorinqi
  • Marketinq strategiyasının tərtibi
  • Marketinq planının işlənib hazırlanması və onun həyata keçirilməsi
  • Brendinq
  • Reklam: PR, reklam materiallarının hazırlanması, sosial şəbəkə səhifələrinin idarə edilməsi, CRM, internet və başqa növ reklamın idarəsi.
  • Marketinq fəaliyyətinin effektivliyinin təhlili

 

İNŞAAT

Alians bütün tikinti mərhələlərini həm şirkətin müəllif layihələri əsasında, həm də müştərilərin sifarişi  ilə həyata keçirir. Biz maraqlı və orijinal arxitektura yaradırıq, yüksək nəticələrə nail olmağa və beynəlxalq keyfiyyət və komfort standartlarına cavab verməyə imkan yaradan ən yeni texnologiya və mexanizmlərdən istifadə etməklə layihələrin icrasına rasional yanaşırıq. Şirkətin hər layihəsi gələcəyə bir addım yaxınlaşmaq, müştərilərin rahat ev və etibarlı biznes arzusunu yenidən canlandırmaq ideyasının nəticəsidir. 

 

KONSALTİNG

Alians şirkətinin perspektivli fəaliyyət istiqamətlərindən biri həm yerli bazarda, həm də xaricdə kommersiya daşınmaz əmlakının satışı və idarə edilməsidir. Bizim məqsədimiz keyfiyyətli xidmətin göstərilməsini və müştərilərə satışdan maksimum gəlirin əldə olunmasını və kommersiya obyektlərinin icarəsini təmin etməkdir.

Siz şirkətin müşavirlərindən professional dəstək alacaqsınız, məlumatlarımız biznesinizin yaradılması və inkişafı üçün səmərəli vasitə olacaq. Şirkətimiz müştərilərin biznes səmərəliliyini artıracaq xidmətlərin göstərilməsinə imkan verən daşınmaz əmlak bazarının müntəzəm marketinq araşdırmasını aparır.

1.  Konsepsiyanın işlənib hazırlanması və layihəyə ilkin baxışın keçirilməsi

2. Yerin qiymətləndirilməsi və layihənin texniki-iqtisadi əsaslandırılması

3. Layihələndirmə və layihənin qiymətləndirilməsi

4. Müqavilələrin imzalanması

5. Layihənin monitorinqi

 

DAŞINMAZ ƏMLAKIN SATIŞI VƏ İDARƏ EDİLMƏSİ

Şirkətin uğurlu fəaliyyətində əsas rol daşınmaz əmlakınızın uğurlu satışı və idarə edilməsi üzrə xidmətlər göstərən peşəkar satış menecerləri komandasına məxsusdur. Cari xidmətə bütün mərhələlər daxildir: müştərilərin axtarışı, satış prosesi, sənədlərin tərtibatı və hazırlanması, icarəçilərə nəzarət edilməsi

Alians-ın satış menecerləri komandasının fərqli xüsusiyyətləri:

  • Yüksək peşəkarlıq
  • Mükəmməl danışıq aparma bacarıqları
  • Bazar və müştəri ehtiyaclarını bilmə
  • Bütün müştərilərə fərdi yanaşma
  • Effektiv müştəri bazası
  • Daşınmaz əmlak qanunvericiliyinə dair dərin biliklər

 

LAYİHƏLƏRİN İNZİBATİ VƏ TEXNİKİ XİDMƏTİ

ALIANS şirkətinin xidmətlərinin sonuncu hissəsi layihənin istismara verildikdən sonra inzibati və texniki dəstəyidir. FacilityManagement əsasən autsorsinq əsasında daşınmaz əmlak üzrə xidmətlər kompleksini təşkil edir. Bu mərhələdə bizim vəzifəmiz - müştərilərimizin həyatını və işini rahatlaşdırmaqdır. Daşınmaz əmlakın inzibati və texniki dəstəyinin sistemləşdirilməsi sizə nəinki vaxt və resurslara qənaət etməyə, eləcə də biznesinizin rəqabət qabiliyyətini yüksəltməyə və xidmətin keyfiyyətini və etibarlılığını artırmağa imkan verəcək.

FacilityManagement-in xidmətlər kompleksi:

  • Obyektlərin inzibati xidməti
  • Obyektlərin texniki xidməti
  • Göstərilən xidmətə nəzarət
  • Yaranmış problemlərin həlli
  • İşçi heyətinin idarə edilməsi
  • Kommersiya obyektlərinin fəaliyyətinə nəzarət: restoran, otel, biznes mərkəzləri, infrastruktur (uşaq bağçası, məktəb və s.)
  • Tam xidmətin göstərilməsi üçün etibarlı subpodratçıların seçilməsi : kuryer xidməti, taksi xidməti, mühafizə, iaşə və s.