Partnyorlar

www.archico.az

Archico MMC - Tikinti layihələrinin işlənib hazırlanması və inşaat üzrə bütün növ xidmətlər göstərən bir şirkətdir və Bakı şəhərində bir sıra ən nüfuzlu layihələrin yerinə yetirilməsi üçün təsis edilib. Archico MMC  şirkəti 2010-cu ildə fəaliyyətə başlayıb və yarandığı vaxtdan fenomenal inkişafa nail olub. Archico MMC  şirkətinin portfoliosuna dövlət obyektləri ilə bərabər bir sıra özəl obyektlər də daxildir. Bu işləmələrə yaşayış binaları, ticarət və ofis mərkəzləri, otellər , ictimai və inzibati binalar və s. geniş miqyaslı layihələr daxildir. Archico MMC-nin  əsas fəaliyyət istiqamətlərindən biri iri infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycandan başqa,  şirkətimiz  Qazaxıstan, Türkiyə  və Rusiya Federasiyası ilə müxtəlif infrastruktur layihələr həyata keçirir. Fəaliyyətinin ilk mərhələsindən ArchiCo  şirkəti qabaqcıl beynəlxalq şirkətlərlə uğurlu partnyorluq əlaqələri quraraq ölkəmizin inşaat bazarına müasir texnologiya və məhsulların tətbiqinə üstünlük verir. ArchiCo Metro Architect, Securo, Renessans Construction şirkətləri ilə əməkdaşlıq edir."ArchiCO" özünün yüksək ixtisaslı kadrlarına və güclü texniki bazasına güvənərək yüksək keyfiyyət və tez bir zamanda layihələrin proqressiv formada həyata keçiriləməsini qarşısına məqsəd qoymuşdur və hal-hazırda bunu inamla həyata keçirməkdədir.

İşçilərimiz öz sahəsi üzrə geniş biliyə və dərin təcrübəyə malikdir. Bizim layihə mütəxəssislərimiz və dizaynerlərimiz müasir dizayn növləri və stilləri üzrə böyük portfel yığa bilmişlər.

www.gobustone.az

Şirkətimizə göstərdiyiniz marağa görə sizə təşəkkür edirik. “AAC” şirkəti gobustone hörgü bloklarını istehsal edir. Hörgü blokları dünyanın 50-dən çox ölkəsində yerləşən və sayı 200-dən artıq olan zavodlarda istehsal olunur. Biz, belə bir zavodun Azərbaycanda yaradılması ilə fəxr edirik!

Gobustone hörgü blokları digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda gobustone hörgü bloklarından hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkanların tikilməsində istifadə olunur. Gobustone hörgü bloklarının Azərbaycan bazarına çıxması tikinti işlərinin texnologiyasını və müddətini əsaslı dəyişəcək. Qafqaz regionunda gobustone hörgü bloklarını istehsal edən ilk zavod kimi, biz daim yeni metod və texnologiyaları inkişaf etdirir və fəaliyyət dairəmizi genişləndirməyə çalışırıq. Biz həmişə müştərilərimizin maraq və imkanlarını nəzərə alır, onları lazımi informasiya ilə təmin etmək üçün çalışırıq. Müştərilərin inamı satış üçün mühüm amil olduğu üçün bu, bizim üçün də çox vacib məsələdir. Ümid edirik ki, veb səhifə ilə tanış olduqdan sonra növbəti addım şirkətə səfəriniz olacaq.

 

www.haqqbaba.com

“Haqq Baba İnşaat” MMC 2004-cü ilin Oktyabr ayından tam qüvvə ilə fəaliyyətə başlamışdır. “Haqq Baba İnşaat” MMC  hər biri saatda 100 m3 hazır beton qarışığı istehsal etmək gücündə, avtomatlaşdırılmış, kompüterləşdirilmiş, son texnologiyaya uyğun olan, İtalyan mənşəli, Türkiyə (MEKA) istehsalı olan 2 (iki) beton zavoduna malikdir ki, bu da 24 saat (1 sutka) ərzində iki zavodun birlikdə 4800 m3 hazır beton məhsulları istehsal etməsi deməkdir. Müəsissədə Türkiyə və İtaliya istehsalı olan, bütün standartlara cavab verən avadanlıqlarla təmin olunmuş laboratoriya fəaliyyət göstərir. Sözügedən laboratoriya vasitəsilə xammallar (sement, qum, qırmadaş) və istehsal olunan betonun keyfiyyətinə tam nəzarət edilir. Müəsissədə Türkiyədə uzun müddət təcrübə keçmiş, yüksək ixtisaslı mütəxəssislər çalışır. İstehsal olunan malın keyfiyyətinə tam təminat verilir. İstehsal olunan hazır beton məhsullarının inşaat sahələrinə daşınması və qəliblərə ötürülməsi üçün müəsissədə 19 ədəd , hər birinin tutumu 7 m3 (ümumu tutumu 133 m3) olan Kamaz Markalı Transmikserlər mövcuddur.

 

İtaliya arxitekt dizayneri