“Panorama Park”dan daha əlverişli satış şərtləri ilə mənzilini əldə et

14 aprel 2017


2014-cü ildən fəaliyyətə başlayan “Alians Development and Construction”ın birinci layihəsi olan “Panorama Park” yaşayış kompleksi hər biri 19 mərtəbədən ibarət olmaqla 10 binanın tikintisinə imza atıb. 2017-ci ilin sonunda yaşayış kompleksi tam olaraq təhvil veriləcək.

“Panorama Park” yaşayış kompleksinin özəllikləri:

1. Bütün yaşayış kompleksi 2017-ci ilin 3-cü rübündə təhvil veriləcək.

2. Yaşayış kompleksi 10 bina və 10 blokdan ibarət olacaq. Hər bir bina 19 mərtəbədən ibarət 1384 mənzildən və geniş həyətyanı sahə ilə təchiz ediləcək.

3. Yaşayış kompleksi təhlükəsizlik servis xidməti olaraq: 24/7 kamera və canlı nəzarət sistemi, binanı LED işıqlarla işıqlandırılması, hər bir bina və bloklarda 2 ədəd sərnişin, 1 ədəd səssiz rejimdə işləyən yük daşınması üçün istifadə olunan Finlandiya istehsalı olan liftlər, yaşayış kompleksini mütəmadi enerji təchizatı üçün nəzərdə tutulan generatorla təchiz ediləcək.

4. Yaşayış kompleksinin tikintisində texniki baxımdan dünya standartlarına tam cavab verən və keyfiyyətinə görə ən məşhur brend markalarından istifadə olunub.

Türkiyə istehsalı olan, zədə zamanı parçalanmayan panorama tipli şüşə pəncərələr, Türkiyə istehsalı olan özəl dizaynlı polad giriş qapılar, İtaliya və İspaniya istehsalı olan santexnika avadanlıqlar, Fransa və Türkiyə istehsalı olan üzlük və döşəmələr, Almaniya və Türkiyə istehsalı olan boru və kabellər, Rusiya və Ukrayna istehsalı olan xüsusi konstruksiyalı ventilyasiya olunan fasad (ventilyasiya olunan xüsusi konstruksiyalı “ventilyasiya olunan fasad” sizin evlərinizin yayda sərin, qışda isti və nəmə qarşı qoruması ilə bərabər sizin büdcənizə qənaətetmə imkanı yaradacaq) və s.

5. Yaşayış kompleksi 2 mərtəbəli 450 avtomobil dayanacağı, uşaq bağçası, market, idman zalları və sairə bu tipli obyektlərlə təchiz edilib. Bu da sizin kompleksdən ayrılmadan zamanınıza qənaət etmək imkanını yaradacaq.

6. Yaşayış kompleksi Xəzər dənizinə panorama görünüşü və paralel olaraq şəhərin müxtəlif istiqamətlərinə gözəl görüntüləri ilə sizin zövqünüzü oxşayacaq.

7. Yaşayış kompleksi hava limanına 18 dəqiqə, Bakı bulvarına isə 15 dəqiqəlik məsafədə yerləşir. Bundan başqa, kompleksin yanından şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən marşrutlar da mövcuddur. Kompleksin ətrafında məktəb, poliklinika, çoxlu sayda marketlər də var.

Bir sözlə, rahat yaşayış üçün bütün bunlara sahib ola bilərsiniz.

“Alians Development and Construction”ın layihəsi olan “Panorama Park” yaşayış kompleksində bu zamana qədər keçirilən endirim kampaniyaları davam edir.

Bununla bərabər, müştərilər yeni, daha əlverişli daxili satış şərtləri ilə mənzil əldə etmək imkanlarından yararlana bilərlər.

“Panorama Park” yaşayış kompleksindən mənzilləri aşağıda qeyd edilən şərtlər və endirimlərlə əldə edə bilərsiniz:

1. İstər nağd, istərsə də daxili satış şərtləri ilə tək şəxsiyyət vəsiqəsi təqdim etməklə.

2. Yaşayış kompleksində 1, 2, 3, 4, 5 otaqlı mənzilləri 50,4 m2-dən 210 m2-ə qədər dəyişən ölçülərdə seçim etməklə əldə edə bilərlər.

3. Yaşayış kompleksində müştərilər həm təmirli, (modern, klassik və loft) həm də təmirsiz mənzil əldə edə bilərlər.

4. Yaşayış kompleksindən tam təmirli mənzil əldə edən müştərilərə 10-cu m2 hədiyyə ediləcək. (50,93 m2-lik mənzilin 5 m2-i bizdən hədiyyə olacaq)

5. Yaşayış kompleksindən nağd satışla mənzil əldə edən müştərilərə şirkət tərəfindən özəl endirim ediləcək.

6. Yaşayış kompleksində mənzilin ümumi dəyərinin 30%-ni ilkin ödəməklə 50 ay müddətinə daxili satış şərtləri ilə illik 0%-lə mənzil əldə etmək mümkündür.

7. Yaşayış kompleksində mənzilin ümumi dəyərinin 50%-ni ilkin ödəməklə 60 ay müddətinə daxili satış şərtləri ilə illik 0%-lə mənzil əldə etmək mümkündür.

8. Yaşayış kompleksində mənzilin ümumi dəyərinin 10%-ni ilkin ödəməklə 60 ay müddətinə daxili satış şərtləri ilə mənzil əldə etmək mümkündür.

“Panorama Park” yaşayış kompleksi hər zaman olduğu kimi yenə də xüsusi endirimli, məhdud sayda qalan mənzilləri kampaniyaya daxil edib.

Kampaniyada olan 50,93 m2 -lik mənzili 60 ay müddətinə illik 0% olmaqla, ayda cəmi 500 AZN olmaqla əldə etmə imkanından yararlana bilərsiniz.