“Panorama Park” – imtina edə bilməyəcəyiniz təklif

21 iyun 2017


Yəqin ki, hər bir müasir insan şəxsi mənzil sahibi olmaq arzusundadır. Daşınmaz əmlakın alınması ciddi və məsuliyyətli bir addımdır. Bu zaman bir çox insanın qarşısında heç də asan olmayan bir seçim dayanır: təkrar bazarda mənzil almaq ya yeni tikilidə şəxsi mənzil sahibi olmaq?

Əgər siz rahatlığa dəyər verirsinizsə, bu sualın cavabı aydındır.

Təbii ki, ilkin mənzilə üstünlük verməyimizin səbəblərindən biri hüquqi məsələlərdir. Nə vaxtsa mənzildən qanunsuz olaraq çıxarıldığını iddia edən hansısa “yoxa çıxmış” varis gəlib sizdən mənzili tələb etməyəcək.

Müasir mənzillər rahat planlaşdırma ilə fərqlənir. Yeni tikilidə siz koridor künclərinə ilişməyəcəksiniz, paltaryuyan və qabyuyan maşın üçün əziyyətlə yer ayırmalı olmayacaqsınız, kanalizasiyanı təmizləmək üçün santexnik axtarmalı olmayacaqsınız.

Yeni binalardakı mənzillər rahat planlaşdırma, yüksək tavanlar, işıqlı və geniş otaqlar, ayrıca yataq otaqları, böyük mətbəx və vanna otaqları ilə fərqlənir. Ən yeni tikinti texnologiyaları istini, sakitliyi və həyat üçün tam rahatlığı təmin edir. Yeni santexnika, keyfiyyətli qapı və pəncərələr isə sizi yaxın 5-10 il üçün təmir ustaları və kommunal xidmətlərin işçiləri ilə yan-yana gəlməkdən qurtaracaq.

Bax buna deyərəm ev!

“İdeal yaşayış yerinin” ən parlaq nümunələrindən biri “Panorama Park” yaşayış kompleksidir. Onun tikintisi artıq başa çatmaq üzrədir, binalar 2017-ci ilin sonuna istismara veriləcək.

Bu yaşayış kompleksi Gəncə və Nobel prospektinin kəsişməsində yerləşir. “Panorama Park” mənzillərinin pəncərələrindən Bakı buxtasının gözəl mənzərəsi görünür. Burada müasir insanın yeni mənzil seçən zaman arzu edə biləcəyi hər şey mövcuddur.  

Tikinti şirkəti - dinamik inkişaf edən və özünü bazarda yaxşı tanıdan Alians Development - bu Yaşayış kompleksinin inşaatı zamanı istifadə olunan bütün tikinti materialları haqqında məlumat təqdim edir. Hər bir alıcı layihə sənədləri, tikinti materiallarının keyfiyyət sertifikatları, memarlıq, funksional-texnoloji və mühəndis-texniki sənədlərlə tanış ola bilər.

“Şəffaflıq – şirkətimizin ən əsas prinsiplərindən biridir. Məhz buna görə mənzillərin gələcək sahibləri bütün icazə sənədləri ilə tanış ola, tikinti materialları və onların istehsalçıları haqqında məlumat əldə edə, işlərin gedişatı ilə şəxsən tanış olmaq üçün istədikləri zaman tikinti meydançasını ziyarət edə bilər.”- deyə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fakültəsinin keçmiş dekanı “Panorama Park”-ın sahə rəisi Əyyam Hüseynov bildirib.

Onun sözlərinə görə bu Yaşayış kompleksinin tikintisi İSO 9001 standartlarına əsasən aparılır, bu da binaların keyfiyyət və davamlılığını təmin edir.

O qeyd edir ki, təməlin qoyulmasından başlayaraq bəzək işlərinə qədər işlərin bütün mərhələlərində fasiləsiz nəzarət həyata keçirilir. Sement, beton, armatur laboratoriyada ilkin yoxlamadan keçir və bütün bunlar sənədlərdə qeydə alınır. “Panorama Park” Yaşayış kompleksinin binaları 9 ballıq zəlzələyə tab gətirə bilər.

Kompleksin inşaatında əla keyfiyyətli tikinti materialları istifadə olunur. Bu materialların təchizatçıları Almaniya, Yaponiya, Finlandiya, Türkiyə, ABŞ, Rusiya və Azərbaycanın aparıcı istehsalçılarıdır.

İstənilən zövqdə mənzillər

Rahatlığa gəldikdə isə, bu gözəl mənzillərin gələcək sahiblərinə yalnız həsəd aparmaq olar! Onları yalnız cəlbedici memarlıq deyil, həmçinin, yeni və etibarlı mühəndis kommunikasiyaları, yüksək keyfiyyətli elektrik şəbəkəsi, kanalizasiya və su təchizatı sistemləri, rahat mənzil planlaşdırması, zəngin infrastrukturlu yaşayış kompleksi gözləyir.

“Panorama Park” ərazisində uşaq bağçası, idman və fitnes-zalları, gözəllik salonu, SPA və mağaza nəzərdə tutulub. Ev ətrafı ərazidə uşaqlar və böyüklər üçün oyun və idman meydançaları var. Və əlbəttə ki, burada 450 avtomobil üçün nəzərdə tutulmuş ikimərtəbəli avtomobil dayanacağı yerləşir. 

“Panorama Park” Yaşayış kompleksinin binalarında hər şey ən xırda təfərrüatlarına qədər düşünülüb. Hər bir binada 3 UPS-li lift quraşdırılıb: 2-si insanlar üçün, 1-i isə yük üçün nəzərdə tutulub.

Ventilyasiya olunan fasad maksimal səs və istilik izolyasiyasını təmin edir, bu da enerjinin istifadəsini 30%-ə qədər aşağı salır, beləliklə ev sahiblərinin xərcləri də azalır. Bundan başqa, burada videokameralar quraşdırılıb və gecə-gündüz işləyən mühafizə sakinlərin təhlükəsizliyini qoruyur.

“Panorama Park” yaşayış kompleksində istəklərinizdən asılı olaraq müxtəlif ölçülərdə və istiqamətdə 1,2,3,4,5 otaqlı mənzillər əldə etmək mümkündür. Bundan başqa, tikinti şirkəti müxtəlif növdə planlaşdırma təklif edir, yəni ən tələbkar alıcı belə burada öz zövqünə uyğun mənzil tapa bilər.

Siz həm təmirsiz, həm tam təmirli hazır mənzil əldə bilərsiniz. Bundan başqa, siz mənzili kənar tikinti briqadalarına müraciət etmədən şəxsi istəklərinizə uyğun olaraq təmir edə bilərsiniz.  Alians Development şirkəti sizə layihənin hazırlanmasından onun həyata keçirilməsinə qədər öz xidmətlərini təklif edəcək.

Və bütün bunlar Alians Development şirkətinin sizə təklif etdiyi olduqca sərfəli şərtlərlə!

Əgər siz mənzil almaq barədə düşünürsünüzsə, Alians Development şirkətinin misli görünməmiş kampaniyası sizin marağınıza səbəb olacaq! “Panorama Park” Yaşayış kompleksində tam təmirli mənzil alaraq siz 10-cu kvadrat metrini pulsuz əldə edirsiniz!

Yaşayış sahəsini mənzilin dəyərinin 10% -ni ilkin ödəməklə və illik 9%  daxili kredit xətti üzrə 5 il (60 ay) ərzində hissə-hissə ödəməklə əldə etmək mümkündür.

Əgər mənzilin dəyərinin 30%-40%-i həcmində ilkin ödəniş etsəniz, sizə 50 ay müddətinə tamamilə faizsiz hissə-hissə ödəmək imkanı təqdim olunur! Bundan başqa, əgər ilkin ödənişin məbləği tam məbləğin 50%-ni təşkil edirsə, qalan hissəni siz əlavə pul ödəmədən 60 ay ərzində ödəyə bilərsiniz!

“Panorama Park” Yaşayış kompleksində mənzil almaq üçün siz müxtəlif arayışların və digər sənədlərin alınmasına vaxt sərf etməli olmayacaqsınız, sadəcə şəxsiyyət vəsiqənizi təqdim etmək kifayətdir. Bundan başqa, sizin heç bir vasitəçi-maklerə ehtiyacınız yoxdur. Müqavilə birbaşa Panorama Park şirkətinin ofisində bağlanılır!

“Panorama Park”-da mənzil alaraq siz vəsaitlərinizə, gücünüzə və vaxtınıza qənaət edir və əlbəttə ki uğurlu sərmayə yatırmış olursunuz.

Arzularınızdakı mənzilin sahibi olmaq şansını qaçırmayın!